EN

Azərbaycanın 2-ci böyük şəhərində ictimai iaşə dövriyyəsi artıb

Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında məlumatları açıqlayıb.

Məlumata görə, Gəncə şəhərində 2024-cü ilin yanvar-dekabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 48 milyon 775,0 min manat təşkil etmişdir. Dövriyyənin 47 milyon 850,3 min manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.

2024-cü ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,9 faiz artaraq 496 milyon 547,2 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 138 milyon 444,4 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 27,9 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 15,7 faizi dövlət, 84,3 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.

Chosen
24
2
marja.az

3Sources