EN

Gəncədə qeyri-ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsi azalıb

Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatları açıqalayıb.

Məlumata görə, 2024-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 559,5 milyon manatlıq, o cümlədən 884,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 675,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,5 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 13,3 faiz azalmşdır.

2024-cü ilin yanvar-dekabr aylarında istehlak mallarının dəyər ifadəsində 21,4 faizi ticarət müəssisələri, 24,4 faizi bazar və yarmarkalarda, 54,2 faizi isə fərdi sahibkarlar tərəfindən satılmışdır.

2023-cü ilin yanvar–dekabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 1,0 faiz, fərdi sahibkarlar üzrə 12,7 faiz azalmış, bazar və yarmarkalar üzrə isə 59,5 faiz artmışdır.

Chosen
4
1
marja.az

2Sources