Heç kimə sirr deyil ki, hündürdaban ayaqqabılar bir çox qadının əvəzedilməzidir. Ancaq hər zaman hündürdaban ayaqqabıda gəzmək sağlamlığa olduqca zərər verir.
Bizim.Media xəbər verir ki, ortoped-travmatoloq Artur Tudge, hündürdaban ayaqqabılardan mütəmadi istifadə zamanı ayaqlarda baş verən fəsadlar barədə araşdırma aparıb.
Mütəxəssiz qeyd edib ki, dikdaban ayaqqabıların istifadəsi zamanı bədəndə ağırlıq mərkəzi dəyişir. Ayaqlarda artan bu ağırlıq səbəbiylə dəri qalınlaşmağa başlayır, bu da ayaqlarda kallusların meydana gəlməsinə səbəb olur. Tezliklə kalluslar hətta rahat ayaqqabılarla gəzərkən belə narahatlıq yaradır.
Dikdabanların tez-tez və uzun müddət geyinilməsi ayağın ön hissəsində qıcolmalara səbəb ola bilər. Xroniki yorğun əzələlər sıxılmağa başlayır, bu da barmaqların deformasiyasına səbəb olur.
HÉ™mçinin xeyli saat dikdabanlarda qalmaq ayaqlarda “padaqra” adlandırdığımız sümük çıxıntısı yaradır. Bu problem ayaq pÉ™ncÉ™sinin daha da geniÅŸlÉ™nmÉ™sinÉ™ gÉ™tirib çıxarır vÉ™ sümüklÉ™r aralanmaÄŸa baÅŸlayır.
Qadın hündürdaban ayaqqabı geyindikdÉ™ ayağın daban hissÉ™si qalxır, topuq hissÉ™ isÉ™ aÅŸağı düşür. BelÉ™cÉ™ “Axilles vÉ™tÉ™ri” adlanan baldır É™zÉ™lÉ™sindÉ™ki gÉ™rginlik dÉ™yiÅŸir. Çox uzun müddÉ™t dikdaban geyinÉ™n qadınlarda düz sÉ™thdÉ™ dayanmaq çətin olur, bu isÉ™ qeyri-ixtiyari olaraq “Axilles vÉ™tÉ™ri”dÉ™ qısalma ilÉ™ É™laqÉ™dardır.
Həmçinin uzun müddət hündürdaban ayaqqabı geyindikdə fəqərəarası disklərdə gərginlik artır, bunun əlamətləri bel ağrısı, daha sonra isə onurğada yırtıq və ya çıxıntılar olur.
Mütəxəssiz bildirib ki, dikdaban ayaqqabıların istifadə müddəti qadınların boy, bədən çəkisi, ayaq ölçüsü, eləcə də fiziki hazırlıq səviyyəsindən və hətta barmaqların quruluşundan asılıdır.
Ortopedlər 1-2 sm daban hündürlüyü ayaqqabılardan istifadə etməyi məsləhət görürlər.
Bizim.Media