Sumqayıtda ana və övladı dərmandan zəhərlənib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.
1972-ci il təvəllüdlü Aybəniz Fazil qızı Orucova və övladı 2010-cu il təvəllüdlü Məhəmməd Gəncə oğlu Orucov yaşadıqları ünvanda dərmandan zəhərləniblər.
Onlar dərhal xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media