EN

Mahir Emreli, oynamadı, “Nürnberq” QALİB GƏLDİ

Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, komanda 21-ci turda "Maqdeburq"un qonağı olub.

Ehtiyatda qalan Mahir bu qarşılaşmada baş məşqçi Miroslav Klozenin etimadını qazanmayıb.

Emrelisiz "Nürnberq" liderlər qrupunda yer alan rəqiblə səfər matçında çətin qələbə əldə edib. Oyun 4:3 hesabı ilə yekunlaşıb. Qonaqlar həlledici qolu 90+4-cü dəqiqədə vurublar.

Qeyd edək ki, "Nürnberq" bu qələbədən sonra 31 xalla 9-cu pillədə yer alıb. Mahirin komandası növbəti oyununu fevralında 16-da öz meydanında "Ulm"a qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
18
1
bizim.media

2Sources