Gürcüstan Rusiyaya qarşı praqmatik siyasətini davam etdirəcək.Metbuat.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze "Euronews"a müsahibəsində deyib. Onun sözlərinə görə, ölkənin ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür:"Bunun alternativi yoxdur. Biz praqmatik siyasət aparırıq və bu, bizim Rusiyaya qarşı siyasətimizin əsasını təşkil edir. Biz Rusiya Federasiyası ilə ticarət-iqtisadi əlaqələri saxlayırıq".Baş nazir onu da qeyd edib ki, indi Moskva ilə diplomatik münasibətləri bərpa etməyin vaxtı deyil.