EN

Avropa qaz qıtlığı ilə üzləşib

Qlobal bazar üçün əsas göstəricilərdən biri olan Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi onların tutumunun 50%-indən aşağı düşüb.

 

Azvision.az “Gas Infrastructure Europe (GİE)” şirkətinin hesabatına istinadən xəbər verir ki, ehtiyatların hazırkı səviyyəsi əvvəlki beş ilin orta göstəricisindən (58,04%) 8 faiz geri qalır. GIE müşahidələrinin tarixində (baza 2011-ci ildən bəri məlumatları ehtiva edir), eyni tarixə olan doqquz ildə ehtiyatlar daha yüksək idi və yalnız beş ildə onlar hazırkı rəqəmdən aşağı olub.

 

Hərçənd, Avropada havanı həddindən artıq soyuq adlandırmaq olmaz - bu, iqlim normasına uyğundur. Yanvar ayında regionda normadan və keçənilki göstəricidən bir dərəcə isti olub. Proqnoza görə, fevral ayında Avropada havanın temperaturu iqlim norması səviyyəsində və 2024-cü ilin eyni ayı ilə müqayisədə 4 dərəcə soyuq olacaq.

 

Cari mövsümdə qazın belə aktiv istifadəsindən sonra Avropanın yayda yeraltı qaz anbarlarında qaz ehtiyatlarını artırmaq və onların səviyyəsini çəkilmə mövsümünün əvvəlinə 90%-lik normativ həddinə çatdırmaq üçün daha çox tədarük tələb olunacaq. Aİ-nin bu direktivinin “Qazprom”un qaz təchizatına süni məhdudiyyətlər kontekstində həyata keçirilməsi zərurəti bütün dünyada 2025-ci ildə qaz qiymətlərinin artımına ciddi dəstək verəcək.

 

Avropada hazırkı qiymət səviyyəsi artıq min kubmetr üçün 600 dollar həddindədir. Hollandiyanın TTF habı üzrə “bir gün öncə” müqaviləsi fevralın 7-də 594 dollar civarında bağlanıb.

 

İsitməyə daha çox qaz sərfiyyatı zərurəti ilə yanaşı, Avropanın enerji sektoru külək enerjisi güclərindən enerji təchizatındakı çatışmazlıqları qaz istehsalı ilə kompensasiya etməyə məcburdur. 2025-ci ilin fevral ayının ilk həftəsində külək turbinləri regionun elektrik enerjisinə olan tələbatının cəmi 12%-ni təmin etdiyi halda, 2024-cü ilin fevralında bu rəqəm 22%-ə bərabər idi.

Chosen
31
2
senzor.az

3Sources