EN

"Veysəloğlu MMC" işçi axtarır - VAKANSİYA

Veysəloğlu MMC

Daxili Kommunikasiyalar üzrə Aparıcı Mütəxəssis

Son tarix 08 mar 2025 - [email protected]

İnsan Resursları və Korporativ Kommunikasiyalar Direktorluğu/Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsində, "Daxili Kommunikasiyalar üzrə Aparıcı Mütəxəssis" vakansiyasını elan edirik!

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-18:00 və ya 08:00-17:00

Vəzifə öhdəlikləri: 

  • Şirkətin bütün daxili kommunikasiya kanalları üçün məzmun hazırlamaq və paylaşmaq;
  • Mövcud daxili kommunikasiya alətlərini idarə etmək və yeni platformaları araşdırmaq;
  • Şirkət əməkdaşlarının asudə vaxtını səmərəli təşkil etmək və müvafiq tədbirləri həyata keçirmək;
  • Şirkətin distribusiya etdiyi məhsulları əməkdaşlar arasında tanıtmaq;
  • Şirkətin sosial şəbəkə hesablarını idarə etmək;
  • Kommunikasiya prosesinin davamlılığını təmin etmək məqsədilə müxtəlif görüşlər təşkil etmək;
  • Şirkət əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işini həyata keçirmək;
  • Sosial-korporativ və motivasiya tədbirlərinin təşkili ilə bağlı təkliflər vermək və səlahiyyətləri daxilində həyata keçirmək;
  • Daxili kommunikasiya kanallarının məzmununun hazırlanması üçün dizaynerə tapşırıqlar vermək;
  • Daxili kommunikasiya fəaliyyətlərinin həyata keçirilməsi üçün müvafiq qurumlarla əlaqələr yaratmaq;
  • Görülən işlər üzrə aylıq və illik hesabatlar hazırlamaq;
  • Rəhbərlik tərəfindən şöbənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri funksiyaları icra etmək.

Tələblər:

  • Jurnalistika, İctimaiyyətlə Əlaqələr və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
  • Azərbaycan dilində səlis yazılı və şifahi biliklərə malik olmaq; ingilis dili və rus dili biliyi arzuolunandır;
  • Kompüter bilikləri: MS Office;
  • Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
  • Daxili Kommunikasiyalar kanallarından effektiv istifadə bacarığı;
  • Yüksək ünsiyyət bacarıqları;

Təminatlar:

  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Daxili Kommunikasiyalar üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Chosen
44
1
fed.az

2Sources