EN

Goranboyda yük maşını körpüdən çaya aşıb, sürücü ölüb -FOTO

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

 

Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

 

Qəza zamanı sürücü, 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır. 

Chosen
77
50
senzor.az

10Sources