Fevralın 8-də Hacıqabul rayonunda zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 3,1 bal gücündə olan zəlzələ yerli vaxtla saat 18:31-də Şirvan stansiyasından 20 kilometr şimalda, Hacıqabul rayonunda qeydə alınıb. Zəlzələ ocağı 38 kilometr dərinlikdə olub.
Zəlzələ hiss olunmayıb.