Harri Keynin “Bavariya”dakı gələcəyi müəyyənləşib.
İnsayder Fabritsio Romanonun məlumatına görə, 31 yaşlı hücumçu Münhendə özünü xoşbəxt sayır. Keynlə bir neçə nəhəng klub yaxından maraqlanır. Lakin o, gələn yay “Bavariya”nı tərk etmək niyyətində deyil.
İngiltərəli futbolçu 2023-cü ilin yayından “Bavariya”nın formasını geyir. O, ötən müddət ərzində bütün turnirlərdə 72 matçda meydana çıxıb, 70 qol vurub və 22 məhsuldar ötürmə edib. Harrinin müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.