Bakı. Trend:
Meksikanın cənubundakı Eskarseqa şəhəri yaxınlığında avtobusunyük maşını ilə toqquşması nəticəsində azı 30 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə yerli "XEVT" radiostansiyasıxəbər verib.
Məlumata əsasən, sərnişin avtobusu Kankuna şəhərindən(Kintana-Roo ştatı) Komalkalko şəhərinə (Tabasko ştatı) gedirdi.İlkin məlumata görə, yük maşını qarşı zolağa çıxıb və toqquşmanəticəsində avtomobillər yanıb.
Bildirilib ki, avtobusda 39 sərnişin olub. Yalnız səkkiz nəfərinsağ qaldığı məlumdur.