EN

Fransada Atatürkün büstü oğurlanıb

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Fransadakı yeganə büstü oğurlanıb.Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Paris yaxınlığında yerləşən Trabzon dərnəyindən oğurlanan büstün açılışı 3,5 ay əvvəl olubmuş.

Dərnəyin sədri Bülent Cumur hadisəni belə izah edib:
"Kamera görüntülərində dəmir barmaqlıqlı qapının üstündən 7 nəfərin tullandığı müşahidə olunur. Onlar heç nəyə zərər vermədən vintləri qoparıb, büstü götürüb qaçırlar”.

Cumur hadisədən çox təəssüfləndiyini də bildirib:
"Bu, xain hücumdur. Kimin etdiyini bilmirik. Polis hələ də araşdırmanı davam etdirir”.

www.anews.az
Chosen
16
anews.az

1Sources