İranda dolların məzənnəsi tarixi rekorda çatıb.  Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran tüməni ABŞ valyutasına nisbətdə kəskin şəkildə dəyər itirməkdədir. Məlumata görə, hazırda Tehran birjasında 1 ABŞ dolları 88 825 tümənə bərabərdir. Analitiklər bu göstəricini milli valyutanın növbəti dəfə ciddi ucuzlaşması kimi qiymətləndirirlər.