EN

A Seriyası: “Atalanta” və “Milan”dan səfər qələbəsi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Torino” – “Cenoa” matçında qalib müəyyənləşməyib. “Verona”nın qonağı olan “Atalanta” 5 cavabsız qola sevinib. Səfərdə “Empoli” ilə qarşılaşan “Milan” da turu inamlı qələbə ilə başa vurub.

24-cü turun qalan görüşləri fevralın 9-da və 10-da keçiriləcək.

İtaliya, A Seriyası
24-cü tur
7 fevral

Komo – Yuventus 1:2
Qollar: Diao, 45+1 – Kolo Muani, 34; 89-pen.

8 fevral

Verona – Atalanta 0:5
Qollar: Reteqi, 21; 25; 44. Ederson, 37. Breşianini, 56.

Empoli – Milan 0:2
Qollar: Leao, 68. S.Ximenes, 76.

Torino – Cenoa 1:1
Qollar: Torsbi, 45+2-öz qapısına – Pinamonti, 68.

9 fevral

15:30. Venesiya – Roma
18:00. Kalyari – Parma
18:00. Latsio – Montsa
21:00. Leççe – Bolonya
23:45. Napoli – Udineze

10 fevral

23:45. İnter – Fiorentina

Chosen
87
arena.az

1Sources