EN

“Real” və “Atletiko Madrid” görüşü heç-heçə ilə başa çatıb

Bakı, 9 fevral, AZƏRTAC

İspaniya La Liqasının XXIII turunda "Real Madrid" doğma meydanda "Atletiko"nu qəbul edib.

AZƏRTAC xəbər verir ki, 2 tanınmış komandanın görüşü 1:1 hesabı ilə başa çatıb.

İlk qolu “Atletiko”nun heyətindəki Xulian Alvares (35-ci dəqiqə) vurub. 50-ci dəqiqədə isə rəqib komandanın oyunçusu Kilian Mbappe fərqlənib.

Chosen
63
4
azertag.az

5Sources