EN

İraq və Mərakeş fələstinlilərin köçürülmə planını rədd edib

İraq və Mərakeş fələstinlilərin Qəzza zolağından köçürülməsi planını qəbulolunmaz hesab edirlər.

Bakıvaxtı.az-ın “Hespress” portalına istinadən məlumatına görə, bunu Rabatda İraqın Baş nazirinin müavini, respublikanın xarici işlər naziri Fuad Hüseyn deyib.

“İraq və Mərakeş fələstinlilərin Qəzzadan köçürülməsi planını rədd etdikləri barədə razılığa gəliblər”, - bəyanatda bildirilir.

"Bu plan real təhlükədir, Fələstin məsələsini sadəcə qaçqın məsələsinə çevirmək riski daşıyır", - Hüseyn bildirib. Onun sözlərinə görə, plan Misir və İordaniya üçün problemlər yarada bilər.

"Bu plana qarşı çıxmaq üçün ərəb və İslam ölkələrinin vahid mövqeyinin formalaşdırılması üzərində işləmək lazımdır", - İraqlı nazir vurğulayıb.

Chosen
69
4
bakivaxti.az

10Sources