![İki](https://ulusum.az/uploads/posts/2025-02/28751fcf76_upload-shutterstock_2378182777-pic_32ratio_900x600-900x600-73087.webp)
İraq və Mərakeş fələstinlilərin Qəzza zolağından köçürülməsi planını qəbuledilməz hesab edir. Bu barədə İraqın Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseyn Rabatda bəyan edib. “Ulusum”.az xəbər verir ki, onun sözlərini Hespress informasiya portalı yayıb."İraq və Mərakeş Qəzzadan fələstinlilərin köçürülməsi planını rədd etməkdə həmfikirdir", – deyə İraqın xarici siyasət idarəsinin rəhbəri bildirib.Hüseyn qeyd edib ki, belə bir plan ciddi təhlükədir, çünki fələstin məsələsini "yalnız qaçqın problemi" səviyyəsinə endirmək riski daşıyır. İraqın xarici işlər naziri vurğulayıb ki, bu plan Misir və İordaniya üçün də problemlər yarada bilər.Bundan əlavə, İraqın xarici işlər naziri qeyd edib ki, bu plana qarşı mübarizə aparmaq üçün ərəb və islam ölkələrinin vahid mövqeyinin formalaşdırılması üzərində işləmək vacibdir.Səidə
Diqqət Çəkənlər
Şişkinlik və ağırlıq: Kimə müraciət edim?
Yarıçılpaq aktivist Le Penin mitinqini pozmağa cəhd edib - Foto
FHN: Ötən gün 9 nəfər xilas edilib