EN

SEPAH-dan Xameneiyə ÇAĞIRIŞ: o fətvanı ləğv et!

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı dini lideri Ayətullah Əli Xameneidən nüvə silahını qadağan edən fətvasının ləğvini tələb edir.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri mənbələrə istinadən yazıb.

Mənbə bu çağırışa ABŞ prezidenti Donald Trampın səbəb olduğunu söyləyib. Belə ki, Trampın prezident seçilməsi və hazırda verdiyi qərarlar, etdiyi çıxışlar Tehranda həssaslığın artmasına səbəb olub.

“Bu, çox gec olmadan nüvə silahı əldə etmək üçün son şansımızdır”, - mənbə nəşrə bildirib.

Qeyd edək ki, nüvə və kütləvi qırğın silahlarının istifadəsini qadağan edən fətva 2005-ci ildə İranın Ali Rəhbəri Əli Xamenei tərəfindən verilib. Eyni zamanda, bu barədə MAQATE-nin (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) iclasında məlumat verilib.

2024-cü ilin noyabrında İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi demişdi ki, fətva Tehranın nüvə silahı hazırlamasına əngəl olan yeganə maneədir.

Chosen
31
publika.az

1Sources