EN

Səudiyyə Ərəbistanı Netanyahunun fələstinlilərin köçürülməsi iddialarını rədd edib

Səudiyyə Ərəbistanı İsrailin Baş naziri Binyamin Netanyahunun fələstinlilərin məskunlaşdırılması və krallıq ərazisində Fələstin dövlətinin yaradılması ilə bağlı şərhlərini rədd edib.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bundan əvvəl İsrailin 14-cü telekanalının aparıcısı Netanyahu ilə müsahibə zamanı, görünür, səhv danışaraq, “Fələstin dövləti” əvəzinə “Səudiyyə dövləti” deyib.

İsrailin baş naziri ona düzəliş edərək əlavə edib: “Yox, əgər siz, Səudiyyə Ərəbistanında Fələstin dövlətini istəmirsinizsə, onların çoxlu əraziləri var”.

“Krallıq diqqəti İsrailin Qəzza zolağında fələstinli qardaşlarımıza qarşı törətdiyi davamlı cinayətlərdən, o cümlədən etnik təmizləmədən yayındırmaq məqsədi daşıyan bu cür bəyanatları qəti şəkildə rədd etdiyini bir daha bəyan edir. Qardaş Fələstin xalqının öz torpağına haqqı var. Onlar istənilən vaxt qovulacaq yadplanetlilər və ya köçkünlər deyillər”, - bəyanatda bildirilir.

Chosen
2
3
far.az

4Sources