EN

Trampla Putin arasında kritik telefon danışığı...

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.

 

Bu barədə ABŞ-ın "New York Post" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.

 

“Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, - nəşr yazır.

 

Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb.

 

“Mən susmağı üstün tuturam”, - nəşr onun sözlərindən sitat gətirib.

Chosen
9
27
senzor.az

10Sources