EN

Astarada qəzada motosiklet sürücüsü ölüb

Astarada yol-nəqliyyat hadisəsi baş verib, motosiklet sürücüsü ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.

Avsəl Ocaqovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi, Nizami Əskərovun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü Nizami Əskərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hazırda qəza hadisəsi ilə bağlı araşdırma aparılır.

Chosen
13
14
apa.az

10Sources