Türkiyəli tanınmış cütlük Pelin Akil və Anıl Altan ayrılmaq qərarına gəlib.
Bu barədə “Posta” qəzeti yazıb.
Nəşrin yazdığına görə, cütlük haqqında uzun müddətdir yayılan ayrılıq xəbərləri doğrulanıb.
Qeyd edək ki, Pelin Akil və Anıl Altan 2016-cı ildə ailə qurublar. Onların Alin və Lina adlı əkiz qızları var.
Aktrisa son olaraq “Yalı Çapkını” serialında rol alıb.