EN

"Çelsi" heyətini portuqaliyalı futbolçu ilə gücləndirmək istəyir

İngiltərənin "Çelsi" klubu heyətini portuqaliyalı futbolçu ilə gücləndirmək istəyir.

"Report" "The Sun"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Dariu Essuqunu heyətinə cəlb etmək niyyətindədir.

"Çelsi" 19 yaşlı yarımmüdafiəçinin transferini cari mövsümün sonunda raellaşdırmağa çalışacaq. Hazırda futbolçu icarə əsasında İspaniyanın "Las-Palmas" komandasında çıxış edir.

Qeyd edək ki, yarımmüdafiəçinin "Sportinq"lə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalında onun dəyəri 8 milyon avro qiymətləndirilir. O, Lissabon komandasında 34 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Chosen
74
3
report.az

4Sources