Moskva ilə Vaşinqton arasında təmaslar müxtəlif kanallar vasitəsilə baş verir.
Bizim.Media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentii Donald Trampın söhbətinə dair məlumatları nə təsdiq edə, nə də təkzib edə biləcəyini söyləyib.
Qeyd edək ki, Tramp rusiyalı həmkarı ilə telefon danışığında Ukrayna müharibəsini müzakirə edib. Onun sözlərinə görə, döyüş meydanındakı ölümlər Putini narahat edir.
Ağ Evin sahibi müharibəni tez bitirmək üçün konkret planının olduğunu deyib.
Bizim.Media