Alfonso Deyvis gələcəyi ilə bağlı bütün şayiələrə son qoyub.
O, “Bavariya” ilə yeni müqavilə imzalayıb.
Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 24 yaşlı cinah müdafiəçisi ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Alfonso bu mövsüm “Bavariya”nın heyətində 25 oyuna çıxaraq 1 qol vurub və 3 qolun ötürməsini edib. Son vaxtlar mətbutda onunla “Real”ın maraqlanması ilə bağlı xəbərlər yayılmışdı.