FövqÉ™ladÉ™ Hallar Nazirliyinin “112” qaynar telefon xÉ™ttinÉ™ Bakı ÅŸÉ™hÉ™rinin Nizami rayonu, KeÅŸlÉ™ qÉ™sÉ™bÉ™si É™razisindÉ™ yanğın baÅŸ vermÉ™si barÉ™dÉ™ mÉ™lumat daxil olub.
Nazirlikdən Sfera.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin girişində quraşdırılmış elektrik lövhəsi və 2 ədəd dolab 5kv.m. sahədə yanıb.
Yanğınsöndürənlər tərəfindən qatı tüstülənmə səbəbindən evdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.
Evin böyük hissəsi yanğından mühafizə olunub.