Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsinin C qrupunda son oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv Polşa millisini qəbul edəcək.
17:00 Azərbaycan - Polşa
Bundan əvvəlki matçlarda milli Litvaya (47:108, 62:99), Polşaya (51:105) və Belçikaya (28:136, 24:97) uduzmuşdu.
Komanda sıralaması: Belçika, Litva – hərəyə 9 xal, Polşa – 7, Azərbaycan – 5
Rəşad Rafiqoğlu, Bizim.Media