EN

Serbiya Prezidentinin avtomobilinin təkəri çıxdı - VİDEO

Serbiya Prezidenti Aleksandr Vuçiçin yerli sakinlərlə görüşməyi planlaşdırdığı Mokrin şəhərinə səfəri zamanı avtomobilinin təkəri çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə anbaan kameralara düşüb.

Videoda hadisədən sonra təhlükəsizliyin avtomobili necə yoxladığı, bundan sonra Vuçiçin kortejdən başqa avtomobilə keçərək yoluna davam etdiyi göstərilir.

Serbiyanın dövlət xidməti hadisəni araşdırdığını bildirib. Bununla belə, Vuçiç özü avtomobilin təkərinin yəqin ki, sadəcə partladığını deyib və bu hadisəyə əhəmiyyət verməməyə çağırıb.

"Cebheinfo.az"

Chosen
20
11
cebheinfo.az

10Sources