EN

Bakıda 47 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Bakıda 47 yaşlı kişi dəm qazından boğulub.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, fevralın 8-də saat 13 radələrində 1978-ci il təvəllüdlü Babayev Elgün Cərulla oğlu yaşadığı Binəqədi rayonu, H.Ağamalıyev 14 ünvanında yerləşən yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
117
12
operativmm.az

10Sources