EN

Məhəmmədli kəndi sakinlərindən şikayət-"Dünəndən işıq yanmır, donuruq"

Abşeron rayonu, Məhəmmədli kəndi, Seyid Şuşinski, 75 B ünvanında dünəndən etibarən işıq yanmır. AzPost bildirir ki, bu barədə sözügedən ərazidə yaşayan sakinlər müraciət ediblər.

Adının çəkilməsini istəməyən sakin qeyd edib ki, dünən səhər saat 11:30-dan işıq sönüb, aidiyyəti quruma müraciət etsələr də, problem həll edilməyib:

“Evində xəstə və körpə uşağı olan ailələr var. Hava çox soyuqdur, donuruq. Bu soyuqda işıqsız qalmaq zülmdür”.

Qeyd edək ki, məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanlanıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında da Abşeron rayonunun Məmmədli kəndinə eyni ünvanda elektrik enerjisinin verilməsində problem yaşanmışdı.

“Azərişıq” ASC-dən bildirilmişdi ki, buna səbəb ərazidəki xətlərdə yenilənmə işlərinin aparılmasıdır.

Bizi Telegramda izləyin!   
Chosen
32
3
azpost.info

3Sources