EN

Misir Fələstindəki hadisələrlə bağlı fövqəladə ərəb sammitinə ev sahibliyi edəcək

Bakı, TurkicWorld

Misir fevralın 27-də Fələstindəki ciddi hadisələri müzakirə etmək üçün fövqəladə ərəb sammitinə ev sahibliyi edəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Misir Xarci İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sammit ABŞ prezidenti Donald Trampın fələstinliləri başqa yerə yerləşdirdikdən sonra Qəzzada “Yaxın Şərqin Rivierası”-nın yaradılması təklifinin regional və qlobal şəkildə pislənilməsi fonunda keçirilir.

Qeyd edək ki, ərəb xalqları İsraillə yanaşı ayrı bir Fələstin dövləti ilə iki dövlətli həll yolu görmək istəyirlər.

Trampın planı qlobal qınağa səbəb olub, regional və qlobal liderlər belə bir addımın regional sabitliyi təhdid edəcəyini bildiriblər.

Tramp isə Qəzzanı ələ keçirmək və yenidən inkişaf etdirmək planını həyata keçirməyə tələsmədiyini bildirib.

Chosen
50
turkic.world

1Sources