Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
APA-nın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
saat 13.08
Xəbərə video əlavə edilib.
***
saat 12.58
Xırdalanda "Kristal Abşeron 1" yaşayış binasında yanğın başlayıb.
APA-nın xəbərinə görə, yanğın binanın 10-cu mərtəbəsində baş verib.
Hadisə yerinə yanğınsşndürmə briqadaları cəlb olunub.