EN

Xırdalanda yaşayış binasında yanğın olub -VİDEO/FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN Mətbuat Xidmətindən Senzor.az-a  verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

 

Təhlükəsizlik tədbirləri çərçivəsində, 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.


Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.










 


Chosen
7
19
senzor.az

10Sources