"Real”ın futbolçusu Kilian Mbappe tarixi rekorda imza atıb.
QOL.az xəbər verir ki, fransalı hücumçu “qol+ötürmə” sistemində 500 xal toplayan ən gənc oyunçu olub.
26 yaşlı futbolçu La Liqanın 23-cü turunda ötən gecə “Atletiko” ilə keçirilən oyunda (1:1) qol vurmaqla buna nail olub.
Bu göstəricidə növbəti yerləri Neymar (492), Lionel Messi (486) və Kriştiano Ronaldo (302) tutur.