"Komandamda hər şey yaxşıdır. Yeni mövsümün hazırlıqlarına davam edirik".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Finlandiyanın HİK klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcü deyib.
26 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində yeni təklif almadığını bildirib: "Altı aydır bu komandada çıxış edirəm. Hazırda klubuma xeyir verməyə çalışıram".
Oyunçu Finlandiya təmsilçisindəki hədəflərindən də söz açıb:
"Klubun ən önəmli futbolçularından olmaq bu ölkədə çempionluq sevinci yaşamaq istəyirəm. Əlbəttə ki, yenə avrokuboklarda çıxış etmək niyyətindəyik. Mövsümün sonunda isə da səviyyəli kluba keçə bilərəm".
İdman.biz