Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalmış Adıgözəlov Faiq Mehti oğlunun atası Mehti Adıgözəlovu gözündən əməliyyat olunması ilə əlaqədar Nemətabad kəndindəki yaşadığı evdə ziyarət edib.
Newscenter.az xəbər verir ki, ziyarətdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.
Ziyarət zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhid atası ilə söhbət edərək ona şəfa diləmiş, ailə üzvlərinin qayğıları ilə maraqlanıb.
Mehti Adıgözəlov dövlətimizin şəhid ailələrinə yaratdığı şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirib.
Şəhid Faiq Adıgözəlov 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olmuşdur. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak edərək Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Faiq Adgözəlov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Süleyman