EN

Gec ayılan “bayquşlar” üçün təhlükə qapıda

"Kubok bizim üçün prioritetdir. Kuboku qazanmaq üçün hər şey edəcəyik" - bu fikirləri "Kəpəz"ə məğlubiyyətdən sonra "Sabah"ın baş məşqçisi Vasili Berezutski səsləndirmişdi.

Gözləmək olardı ki, "Sumqayıt"la oyunda meydanda tam fərqli "Sabah" görəcəyik.

Amma 1/4 final mərhələsinin ilk oyunu "tələbələr" üçün arzuolunan kimi keçmədi.

Rusiyalı mütəxəssisin kollektivi Masazırda baş tutan ilk dueldə meydana öz ağırlığını qoya bilmədi.

Qarşılaşmanın böyük hissəsi bərabər səviyyədə keçdi. Bəzən üstünlüyün qonaqlara keçdiyi dəqiqələrə də şahidlik etdik.

"Kimyaçılar" sərgilədiyi futbolla bir həftə öncəki bərabərliyin təsadüf olmadığını göstərmiş oldu.

"Sabah" yalnız son dəqiqədə özünü ev sahibi, kubokun favoriti kimi apardı.

Ardıcıl hücumlar, təhlükəli qol imkanları bir-birini əvəzlədi. Amma gec idi.

Üstünlük yaxalamağa zaman yetmədi.

Sonluqdakı dinamikanı cavab görüşünə daşımaq şərtdir.

Əks halda paytaxt klubu daha bir mövsümü titulsuz başa vurmalı olacaq.

XANOĞLAN İMANOV

Chosen
29
sportinfo.az

1Sources