La Liqanın 23-cü turu Madrid derbisinə səhnə oldu. ''Santyaqo Bernabeu''da ''Atletiko'' ''Real''ın qonağı oldu.
''Football-plus.az'' xəbər verir ki, 35-ci dəqiqədə Xulian Alvares penaltidən qonaqları hesabı önə keçirdisə, 50-ci dəqiqədə Kilian Mbappe həm cavab qolunu vurdu, həm də yekun nəticəni müəyyənləşdirdi.
Oyunda bir sıra maraqlı statistik məqamlar önə çıxdı. Məsələn, Madrid derbisində ardıcıl 3-cü dəfə bərabərlik qeydə alındı. Sonuncu dəfə bu rəqabətdə ardıcıl 3 rəsmi oyunda bərabərliyin qeydə alınmasına 1978-80-ci illərdə təsadüf olunmuşdu.
XXI əsrdə cəmi ikinci dəfə La Liqa çərçivəsindəki derbinin ilk yarısında ''çərçivə''yə maksimum 1 zərbə vuruldu. Yəni Alvaresin penaltidən vurduğu qol ilk hissədə ''çərçivə''yə vurulan yeganə zərbə oldu. Sonuncu dəfə belə hal 2017-nin noyabrındakı derbidə yaşanmışdı.
Bundan başqa Alvares 2008-dən bu yana ''Bernabeu'' ''Real''a penaltidən qol vuran cəmi 2-ci ''Atletiko''lu futbolçu oldu. Sonuncu dəfə bunu 2010-cu ilin martında Dieqo Forlan bacarmışdı.
ƏLİ