EN

Süleyman Tağızadə: "Klubumuz yeni mövsümdən "Turan" adını daşıyacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yeni sponsor tərəfindən təmirinə start verilən "Turan Tovuz" klubunun bazasında tikinti işləri başa çatıb".
Bunu Oxu.Az-a açıqlamasında "Turan Tovuz" klubunun mətbuat katibi Süleyman Tağızadə deyib.
"Turan Tovuz" klubunun bazasının adının "Turan" olması rəhbərlik tərəfindən də daha öncə təsdiq olunmuşdu. Yeni sponsorumuz klub bazasının təmir işlərini başa çatdırıb. Klubumuzun yeni mövsümdən "Turan" adını daşıyacağı üçün bazanın binasında da həmin ad qeyd olunub. Daha öncə də klub "Turan" adını daşıyırdı, lakin bəzi məsələlər görə "Turan Tovuz" olaraq dəyişdirilmişdi. Yaxın vaxtlarda bazanın açılışı olacaq", - deyə S.Tağızadə bildirib.
Anar Həsənov
Chosen
25
2
oxu.az

4Sources