EN

Hindistan Rusiyadan "Su-57" qırıcı təyyarələri ala bilər

Hindistan Rusiyanın beşinci nəsil "Su-57" qırıcı təyyarəsini almaqla bağlı imkanları dəyərləndirir.
 
Teleqraf xəbər verir ki, bu barədə Hindistan müdafiə nazirinin müavini Sandjiv Kumar bildirib.
 
Kumarın sözlərinə görə, Hindistanın qırıcıları alıb-almayacağına Silahlı Qüvvələr qərar verəcək.
 
Su-57E-nin ixrac variantı artıq Hindistana gətirilib və Banqalore yaxınlığındakı Yelahanka aviabazasına yerləşdirilib. Təyyarə "Aero India 2025" sərgisində nümayiş olunacaq.
 
Rusiya isə Hindistana "Su-57E" layihəsi çərçivəsində birgə istehsal və geniş əməkdaşlıq təklif etməyə hazır olduğunu bildirib.
Chosen
29
moderator.az

1Sources