Misli Premyer Liqasının XXII turun oyunları keçirilir.
90deqiqe.Az xəbər verir ki, “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edib.
Şamaxı şəhər stadionunda baş tutan görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xallarının sayını 20-yə yüksəldən bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. “Sumqayıt” isə 22 xalla altıncı pillədə qərarlaşıb.