EN

Türkiyə xarici tələbələrin sayını 500 minə çatdırmağı planlaşdırır

Bakı. Trend:

Türkiyə hakimiyyəti bundan sonra da yerli universitetlərinxaricdə filiallarını, fakultələrini və ayrıca akademikproqramlarını açmağı planlaşdırır. Azərbaycan və Özbəkistandansonra bu cür təşəbbüslər Yaxın Şərq, Afrika və bir sıra MərkəziAsiya ölkələrində həyata keçiriləcək.

Trend xəbər verir ki, bubarədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarınşuranın saytında dərc olunan bəyanatında deyilir.

Onun sözlərinə görə, xarici proqramlar çərçivəsində əsasüstünlük texnologiya sahəsinə, mühəndisliyə, tibb və dəqiq elmlərəveriləcək: “Bu ali təhsil ocaqlarının məzunları gələcəkdəTürkiyənin özünün ali təhsilinin və sənayesinin inkişafına da töhfəverəcəklər”.

YÖK rəhbəri həmçinin, Türkiyə universitetlərinə xaricitələbələrin cəlb edilməsi istiqamətində qarşıda dayanan hədəflərdəndə danışıb. Bildirib ki, bu gün Türkiyə xarici tələbələrin sayınagörə dünyada 8-ci yerdədir: “Xarici tələbələrin Türkiyə ali təhsilocaqlarındakı sayı hazırda 350 min nəfərə yaxındır. Hədəfimizxarici tələbə sayısının 500 minə qədər çıxarmaqdır. Bu, ölkəmizinpayına düşən qlobal tələbə sayının həcmini 6,25 faizə çatdırmağaimkan verəcək”.

Erol Özvar Türkiyənin 2024-2028-ci illəri əhatə edən BeynəlxalqAli Təhsil Strategiyasının hədəflərinə diqqət çəkib. Qeyd edib ki,bu hədəflər çərçivəsində dünyada bütün Türkiyə alim və ali təhsilmüəllimlərinin siyahısının hazırlanması nəzərdə tutulub.

“Etnik türklərin akademik mühitində əlaqələrin gücləndirilməsi“Elmi vətən” anlayışının formalaşdırılmasına şərait yaradacaq vəyerli elmi düşüncə üçün yeni təkan olacaq”, - deyə o, qeydedib.

Məqalədə:
Chosen
46
13
az.trend.az

10Sources