EN

Bu QHT-lərin arxasında radikal donorlar dayanır - Tiflis

Hər bir radikal qeyri-hökumət təşkilatının (QHT) arxasında radikal donor dayanır. Bunu ABŞ-ın yeni administrasiyası da təsdiqləyib.


News365.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Transparency İnternational”ın Gürcüstan ilə bağlı dərc etdiyi məlumatları şərh edərkən deyib.


“Hər radikal QHT-nin arxasında bir radikal donor dayanır. ABŞ-ın yeni administrasiyası bu günlərdə məhz bunu açıqlayıb. “Transparency İnternational” da USAİD və İsveç hökuməti tərəfindən maliyyələşdirilir”, – Papuaşvili bildirib.

Chosen
49
5
news365.az

7Sources