EN

Böyüklər üçün intim xidmətlər saytı Postekoqluna iş təklifi etdi

Böyüklər üçün intim xidmətlər saytı “Erobella” “Tottenhem”in baş məşqçisi Angelos Postekoqluna iş təklifi ünvanlayıb.

Arena.az bu barədə “Erobella” eskort-platformasının rəsmi “X” sosial şəbəkə hesabına istinadən məlumat verir:

“Ange” bizə, platformamız üçün mükəmməl olduğunu sübut etdi”, – “Erobella”nın düşərgəsi dərc edib.

Xatırladaq ki, yunanəsilli avstaliyalı mütəxəssisə əməliyyat idarəçisi vəzifəsi təklif edilib. Bu təklif Postekoqlunun çalışdırdığı “Tottenhem”in İngiltərə Liqa Kubokunun yarımfinalında səfərdə “Liverpul”a böyükhesablı məğlubiyyətindən sonra edilib. “Qırmızlar” bu oyunda “mahmızlar”ı 4:0 hesabı ilə “çapıblar”. Təklifin ciddilikdən çox sarkazm səpgili eyham xüsusiyyəti daşıdığı vurğulaır. Belə ki, Postekoqlunun “Tottenhem”i oyun böhrranı mənzərəsində bərbad nəticələr göstərməklə, uğursuzluqlar zolağında çapalayır.

Angelos Postekoqlu “Tottenhem”in sükanı arxasına 2023-cü ilin iyulunda keçib. 59 yaşlı mütəxəssisin “Tottenhem”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə “Ange” “mahmızlar”ı 79 oyuna çıxarıb, 39 qələbə qazandırıb, 11 oyunda heç-heçə, 29 oyunda isə məğlubiyyət yaşayb, top fərqi isə 156:123 nisbətindədir.

24 oyundan 27 xalla “Tottenhem” İngiltərə Premyer Liqasının yarış cədvəlində 14-cü pillədə qərarlaşıb.

Chosen
77
arena.az

1Sources