Hələ ABŞ prezidenti seçilməzdən əvvəl Donald Tramp şahzadə Harrini ölkədən qovacağını açıqlamışdı.
Axşam.az xəbər verir ki, buna səbəb Sasseksin narkotik istifadəsini qəbul etməsini deməsi olub. Hersoq öz xatirələrində qadağan olunmuş maddələrlə keçmiş təcrübələri haqqında səmimi danışıb, lakin nədənsə ABŞ-a viza üçün müraciət edərkən bunları qeyd etməyi unudub. Bu isə hazırda onun Amerikada qalmasını təhlükə altına atıb.
Bununla belə, Tramp vəzifəsindən sui-istifadə etməmək qərarına gəlib: prezident bəyan edib ki, o, hələ də şahzadəni deportasiya etməyi planlaşdırmır.
"Mən bunu etmək istəmirəm. Onu tək buraxacağam. Artıq həyat yoldaşı ilə kifayət qədər problemləri var" deyə, o, "The New York Post"a açıqlamasında deyib.