EN

Qaraciyərin "səssiz fəryadı": 5 əlamətə diqqət

Qaraciyərin "səssiz fəryadı":

Qaraciyər bədənimizin əsas detoksifikasiya və metabolik orqanlarından biridir. Onun funksiyasının pozulması bir çox gizli əlamətlərlə özünü göstərə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, daimi yorğunluq və enerji çatışmazlığı qaraciyərin həddindən artıq yüklənməsinin göstəricisi ola bilər. Qarın nahiyəsində yığılan inatkar yağlar da qaraciyər disfunksiyasının əlamətlərindən biridir.

Həzm problemləri, xüsusilə şişkinlik və qəbizlik, qaraciyərin öd istehsalındakı dəyişikliklərlə bağlı ola bilər. Bədəndə yığılan toksinlər baş ağrıları və miqren kimi narahatlıqlara səbəb ola bilər.

Qaraciyərin qan şəkərinin tənzimlənməsindəki rolu səbəbindən şirniyyat və karbohidratlara qarşı ani həvəs yarana bilər. Xüsusilə stress və qeyri-sağlam qidalanma qaraciyərin funksiyasını zəiflədə bilər. Bu problemlər vaxtında həll olunmazsa, maddələr mübadiləsində ciddi pozuntular yarana bilər.

Sağlam həyat tərzi və balanslı qidalanma qaraciyərin yükünü azaltmağa kömək edə bilər. Qaraciyər problemləri ilə bağlı hər hansı şübhə yaranarsa, mütəxəssis məsləhəti almaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
12
e-saglam.az

1Sources