EN

"Lider olmaq təkcə kapitan sarğısını taxmaq deyil"

"Barselona"nın vingeri Rafinya Diaz komanda liderinin necə olması barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "L'Équipé" forvardın dediklərini belə çatdırıb.

“Lider olmaq təkcə meydanda kapitan sarğısını taxmaq deyil. Davranışınız hər gün qüsursuz olmalıdır. Komanda, emblem, köynək, komanda yoldaşlarınız üçün mübarizə aparmalısınız".

Bu mövsüm 28 yaşlı "Barselona"nın əsas oyunçularından biridir. Bütün turnirlərdə 34 matçda braziliyalı 23 qol vurub, 15 məhsuldar ötürmə edib. O, hazırda Çempionlar Liqasında yalnız Levandovski və Girassini geridə qoyaraq, ən çox qol vuran üçlüyə daxildir.

Chosen
43
90deqiqe.az

1Sources