EN

"Futbolçularıma psixoloji təzyiq edilir, buna imkan verməyəcəm" - Vaqif Cavadov

"Sumqayıt" Misli premyer-liqasının 22-ci tur matçında "Şamaxı"nın meydanından məğlub ayrıldı - 0:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Uduzmalı deyildik. Birinci hissədə üstün tərəf biz idik. Xeyli qol epizodu yaratsaq da, bundan yararlana bilmədik. Oyun tərzimiz göstərir ki, hər şey qaydasındadı. Sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirik. Düzələcək. "Şamaxı"nı təbrik edirəm. Sevinirlər, amma bizi hələ keçə bilməyiblər. Qarşıda 14 tur var.

- İkinci hissədə komandanın oyunu alınmadı. Bunun səbəbi nədi?
- Zədələr üzündın bəzi futbolçuları vaxtından əvvəl əvəz etdik. Hansısa mövqe səhvinə yol verdiyimizi düşünmürəm. Nə oldusa, ikinci hissənin əvvəlində oldu. Yenə də oyuna nəzarət edən tərəf biz idik. Bir səhv uduzmağımızla nəticələndi.

- Komanda ardıcıl 7 oyundu ki, qol vura bilmir...
- Bəli, təhlükəli epizodlar yaratsaq da, fərqlənə bilmirik. Top gah tirə, dirəyə dəyir, gah da iki metr məsafədən "çərçivə"ni nişan ala bilmirik. Qol epizodları varsa, qollar da olacaq. Təlaşlı deyilik. Ən önəmlisi səbr etməkdi. Ən asanı isə kənardan tənqid etmək. "Mehdi Hüseynzadə" stadionunun 10 min tamaşaçı tutumu var. İstəyirəm ki, tərəfdarlar tribunaları doldursunlar, gəlib bizə dəstək olsunlar. Belədə yaxşı oyun göstərməsək, qələbə qazana bilməsək, tənqid etməkdə sərbəstdilər. Azarkeşlərimizə ehtiyacımız var.

- Alan Diasın durumu necədi?
- Əzələsini dartıb. Müayinədən sonra dəqiq cavab bilinəcək.
- Hələ ki, bilmirik. Əzələsi dartırlıb. Müayiədən sonra dəqiq cavab verə biləcəyik.

- "Şamaxı"nın qələbə sevincini xüsusi qeyd etdiz. Bu komandayla 4-cü dövrədə də qarşılaşacaqsız. "Sumqayıtda görüşərik" mesajı ötürdüz?
- Yox, heç kimə mesaj ötürmədim. Sevinməkdə hamı sərbəstdi. Onu deyə bilərəm ki, hələ bizi keçməyiblər. Futbolçularıma psixoloji təzyiq edilir, buna imkan verməyəcəm.

- Premyer-liqada sonuncu yeri tutan komandanın 1-ci liqanın üçüncü ilə pley-off oynayacağı deyilir. "Sumqayıt" sonuncu olsa, bununlarazılaşacaq? 
- Komandamın sonuncu olacağına inanmıram. Belə bir şey baş versə, mən burda olmayacam.

KƏNAN BAHADIR

Chosen
42
football-plus.az

1Sources