EN

Yaşın nə fərqi var ki... - Foto

Amerikalı iş adamı, milyarder İlon Maskın 77 yaşlı anası Mey Mask Nyu-York Moda Həftəsi çərçivəsində podiuma çıxıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Mey Mask “Juzui” brendinin moda nümayişində iştirak edib.

Manhettendəki “The Glasshouse”da keçirilən tədbirdə Mey Mask şounun final modeli olaraq möhtəşəm giriş edib.

O, gümüşü libası və ağ kürkü ilə diqqətləri üstünə çəkib.

Qeyd edək ki, Mey Mask bir çox məşhur brendlər üçün modellik edib. 










Chosen
15
qafqazinfo.az

1Sources